AFFA İntizam Komitəsi Premyer Liqadakı 4 klubu cərimələyib

AFFA İntizam Komitəsi Premyer Liqadakı 4 klubu cərimələyib 3 futbolçu isə cəzalandırılıb
Futbol
3 Mart , 2015 13:20
AFFA İntizam Komitəsi Premyer Liqadakı 4 klubu cərimələyib

Bakı. 3 mart. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Xəzər Lənkəran" klubunun futbolçusu Ağabala Ramazanovu 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. "Report"un məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXIV turunda "Bakı" ilə oyunun 90+1-ci dəqiqəsində aqressiv hərəkəti üzündən cəzalandırılıb.

Həmin vaxt ona birbaşa qırmızı vərəqə göstərilib. Ramazanov martın 8-də "Qarabağ", martın 18-də AZAL-la görüşləri buraxmalı olacaq. Onun klubu isə 2000 manat cərimə ödəyəcək.

Əvəzində "Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviçlə "Bakı"nın müdafiəçisi Georgios Pelagias hərəyə 1 oyunluq cəzalanıb. Stanoyeviç ötən tur "İnter"lə qarşılaşmada idmançıya yaraşmayan hərəkəti üzündən qovulub. Pelagias isə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Onların cəzası üzündən "Simurq" və "Bakı" 1000 manat cərimələnib.  

"Qəbələ" də eyni məbləğdə ziyana düşüb. Buna "Qarabağ"la oyun zamanı klubun 4 futbolçusunun sarı vərəqə alması səbəb olub. 

Son xəbərlər

Orphus sistemi