AFFA İntizam Komitəsi “Neftçi” və “Zirə” klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi “Neftçi” və “Zirə” klublarını cəzalandırıb AFFA İntizam Komitəsi “Neftçi” və “Zirə” klublarını cəzalandırıb.
Futbol
9 Aprel , 2019 12:55
AFFA İntizam Komitəsi “Neftçi” və “Zirə” klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi “Neftçi” və “Zirə” klublarını cəzalandırıb.

“Report” xəbər verir ki, səbəb Azərbaycan Premyer Liqasının XXIII turunda bu komandalar arasındakı oyunda baş verənlərdir. “Neftçi” 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib.

Oyunun 90-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Görüş başa çatdıqdan sonra “Zirə”nin qapıçısı Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə də Sadıqlı 3 oyun cəzalanıb, kluba 1600 manat cərimə kəsilib.

İntizam Komitəsinin açıqlamasında bildirilir ki, matçın ikinci hissəsi “Neftçi”nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimələnib. Oyun başa çatdıqdan sonra meydan sahiblərinin mühafizəçiləri meydana daxil olduqlarına görə "ağ-qaralar"a ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, oyun “Neftçi”nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi