AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib Səbəb kimi klubun legioner limitini pozması göstərilib
Futbol
25 Aprel , 2017 13:40
AFFA İntizam Komitəsi Neftçiyə texniki məğlubiyyət verib

Bakı. 25 aprel. REPORT.AZ/ "Neftçi" futbol komandası texniki məğlubiyyətlə üzləşib.

"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar verib. Səbəb kimi flaqmanın səfərdə "Zirə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozması göstərilib. Qərarda deyilir: "Oyunun 68-ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir". 

Bundan başqa “Neftçi”yə 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimə kəsilib. Eyni məbləğdə cərimə "Sumqayıt"la oyunda 4 fubolçusu sarı vərəqə alan “Qarabağ”a da tətbiq olunub. 

Qeyd edək ki, bu qərardan sonra xallarını 36-ya yüksəldən "Zirə" 4-cü pillədə möhkəmlənib və Avropa Liqasına vəsiqəni böyük ölçüdə təmin edib. Vəsiqəni rəsmiləşdirmək üçün Ayxan Abbasovun baş məşqçi olduğu komandaya aprelin 29-da səfərdə AZAL-a qarşı keçirəcəyi son tur matçında heç-heçə də yetərlidir. 29 xalla 7-ci pillədə qalan "Neftçi" isə Avroliqa şanslarını tam itirib. 

Son xəbərlər

Orphus sistemi