AFFA İntizam Komitəsi Klublar Komitəsinin etirazına reaksiya verib

AFFA İntizam Komitəsi Klublar Komitəsinin etirazına reaksiya verib Məlik Həsənov: "Kardozo barədə qərarın dəyişdirilməsindən söhbət gedə bilməz"
Futbol
16 Aprel , 2015 19:22
AFFA İntizam Komitəsi Klublar Komitəsinin etirazına reaksiya verib

Bakı. 16 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Karlos Kardozo barədə çıxarılan qərarla əlaqədar Klublar Komitəsinin ünvanladığı etiraz məktubuna baxmayacaq. Bu barədə "Report"a İntizam Komitəsinin üzvü Məlik Həsənov məlumat verib.

O bildirib ki, artıq qərar verilib və dəyişdirilməsi qeyri-mümkündür: "İntizam Komitəsi müstəqil qurumdur, qərar qəbul edib ki, Kardozoya kəsilən 3 matçlıq cəzanın 2 oyunluq hissəsi şərti olsun. Axı bu qərarı necə dəyişdirmək olar? Ötən gün Klublar Komitəsinin iclasına getdim, iştirak etdim, fikirləri dinlədim və mövqeyimi səsləndirdim. Qərarın dəyişdirilməsindən söhbət gedə bilməz".

Qeyd edək ki, klublar AFFA İntizam Komitəsinin analoji cəzaya məruz qalan Rəşad Abdullayevlə bağlı qərarı qüvvədə saxladıqları halda, "Neftçi"nin müraciəti olmadan Karlos Kardozoya şərti cəzanın kəsilməsindən narazıdırlar. 

Son xəbərlər

Orphus sistemi