AFFA İntizam Komitəsi Kamran Ağayevi cəzalandırıb

AFFA İntizam Komitəsi Kamran Ağayevi cəzalandırıb "Qəbələ" klubunun qapıçısı rəqib futbolçunu yumruqla vurduğu üçün növbəti 3 oyunu buraxacaq
Futbol
24 Dekabr , 2014 16:33
AFFA İntizam Komitəsi Kamran Ağayevi cəzalandırıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qəbələ" futbol klubunun qapıçısı Kamran Ağayev AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. "Report"un məlumatına görə, buna 28 yaşlı qolkiperin Topaz Premyer Liqasının XVIII turunda Bakının "İnter" komandası ilə oyun zamanı rəqib futbolçu Mikel Alvaroya bilərəkdən zərbə endirməsi səbəb olub.

79-cu dəqiqədə baş vermiş həmin epizod baş hakim Fariz Yusifovun gözündən yayınıb. Videoyazını izlədikdən sonra İntizam Komitəsi Ağayevin 3 oyunluq cəzalandırılması və klubun 3000 manat cərimələnməsi barədə qərar çıxarıb. Eyni zamanda matçın hakimləri haqqında Hakimlər Komitəsinin lazımi tədbirlər görərək, İntizam Komitəsini məlumatlandırmasına dair qərar çıxarılıb.

"Qəbələ" daha 1000 manat cəriməni isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.

Bununla yanaşı, görüşün 87-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "İnter"in futbolçusu Elvin Məmmədov 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi