Yuxarı
    Bağlamaq

    Bakının "İnter" klubu oyun zamanı meydana azarkeşinin girməsi səbəbindən cəzalandırıb

    Kəpəz isə futbolçularının vərəqə alması üzündən cərimə olunub

    Bakı. 1 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Bakının "İnter" klubunu 4000 manat cərimələyib. "Report"un məlumatına görə, buna "Sumqayıt"la Azərbaycan Premyer Liqasının X tur matçının 83-cü dəqiqəsində meydana "bankirlər"in azarkeşinin girməsi və oyunda fasilənin yaranması səbəb olub. 

    Hadisənin "İnter" oyunda təhlükəsizliyi tam təmin etməməsi üzündən baş verdiyi qənaətinə gəlinib.   

    Gəncənin "Kəpəz" klubu isə 1000 manat cəriməyə məruz qalıb. Bunun 800 manatı komandanın 4 futbolçusunun "Zirə" ilə görüşdə sarı vərəqə alması ilə əlaqədar kəsilib. Daha 200 manat cəriməyə isə komandanın kapitanı Tural Axundovun 70-ci dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması səbəb olub. 

    Qeyd edək ki, "İnter" "Sumqayıt"ı 3:1 hesabı ilə yendiyi halda, "Kəpəz" "Zirə"yə uduzub - 0:2. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi