AFFA İntizam Komitəsi FİFA referisi Əliyar Ağayevin qərarlarını ləğv edib

AFFA İntizam Komitəsi FİFA referisi Əliyar Ağayevin qərarlarını ləğv edib Kamran Ağayevlə Cəmil Hacıyev cəzalanıb
Futbol
3 May , 2016 12:01
AFFA İntizam Komitəsi FİFA referisi Əliyar Ağayevin qərarlarını ləğv edib

Bakı. 3 may. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Azərbaycan Kubokunun ilk yarımfinal matçlarında və Premyer Liqanın XXXII turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar qərarlar çıxarılıb.

Ölkə kubokunun “Neftçi” – “Qəbələ” matçının 84-cü dəqiqəsində qonaq komandanın futbolçusu Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 

74-cü dəqiqədə “Qəbələ”nin futbolçusu Aleksey Qay və 86-cı dəqiqəsində “Neftçi”nin oyunçusu Fəhmin Muradbəyliyə göstərilmiş sarı vərəqələr ləğv olunub. İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra onlara simuliyasiyaya görə göstərilmiş vərəqələrdə baş hakim Əliyar Ağayev tərəfindən epizodu düzgün qiymətləndirilməməsi qənaətinə gəlinib. Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlanmalıdır. 

Premyer Liqa cəzalarına gəldikdə, “Sumqayıt”la ev matçının 27-ci dəqiqəsində “İnter”in qapıçısı Kamran Ağayev, ona sonuncu ümid foluna görə göstərilmiş birbaşa qırmızı vərəqə səbəbindən 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 90+1-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb. 

“Zirə” ilə qarşılaşma başa çatdıqdan sonra isə “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün Ağdam klubu 1000 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi