AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının oyununda hakim səhvi aşkarlayıb

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının oyununda hakim səhvi aşkarlayıb "Zirə"nin futbolçusuna göstərilmiş sarı vərəqə ləğv olunub
Futbol
8 May , 2018 12:49
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının oyununda hakim səhvi aşkarlayıb
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Riçard Qadzeyə Azərbaycan Premyer Liqasının XXVI turunda "Səbail" komandası ilə görüşdə göstərilmiş sarı vərəqəni ləğv edib. 

"Report"un məlumatına görə, bu qərar 43-cü dəqiqədə baş vermiş epizodun videotəkrarına baxıldıqdan sonra çıxarılıb. Qərarda bildirilir ki, baş hakim İnqilab Məmmədov Gadzeyə simuliyasiyaya görə sarı vərəqə göstərərkən, epizodu düzgün qiymətləndirməyib. Bu görüş "Zirə"nin 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb. 

İntizam Komitəsi, həmçinin "Qarabağ"ı azarkeşlərinin "Neftçi" ilə görüşdə pirotexniki vasitələrdən yararlanmaları səbəbindən, "Keşlə"ni isə "Qəbələ" ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 800 manat cərimələyib.

Son xəbərlər

Orphus sistemi