Yuxarı

AFFA İntizam Komitəsi 3 klubu cəzalandırıb

Xəzər Lənkəranın futbolçusu növbəti matçı buraxmalı olacaq

Bakı. 14 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının XXIX turunda baş verənlər də müzakirə olunub.

"Xəzər Lənkəran" klubu “Neftçi” ilə matçda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat, 33-cü dəqiqədə Alfred Sankonun ikinci sarı vərəqə ilə meydandan qovulması ilə əlaqədar 200 manat cərimələnib. Sanko isə növbəti turda meydana çıxmayacaq.

"Qəbələ" və "Bakı" da müvafiq olaraq, "Simurq" və "Sumqayıt"la qarşılaşmalarda hərəyə 4 futbolçusuna sarı vərəqə göstərildiyi üçün 1000 manat ziyana düşüb. 

Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti matçını aprelin 25-də "Qəbələ"yə qarşı keçirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi