Yuxarı

AFFA İntizam Komitəsi 2 futbolçunu cəzalandırıb

Rəşad Abdullayev 3 oyunluq diskvalifikasiya olunub

Bakı. 10 mart. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XXV turunun oyunlarında baş verənlərlə bağlı cəzalar müəyyənləşib. 

Ən ağır cəzaya Bakının AZAL klubunun futbolçusu Rəşad Abdullayev məruz qalıb. Təcrübəli yarımmüdafiəçi "Bakı" ilə matçın 86-cı dəqiqəsində rəqibi təhqir etdiyi üçün 3 oyunluq diskvalifikasiya edilib. Üstəlik, AZAL-a 3000 manat cərimə kəsilib. Bu oyunda "Bakı"nın kapitanı Jaba da qırmızı vərəqə alıb. O, 69-cu dəqiqədə  idmançıya yaraşmayan hərəkəti səbəbindən ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İntizam Komitəsi braziliyalı hücumçunu 1 oyun cəzaya, klubunu 200 manat cəriməyə məruz qoyub. 

“Sumqayıt”la matçda “Qəbələ”nin 5, "İnter"lə görüşdə "Neftçi"nin, "Qarabağ"la qarşılaşmada "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, hər 3 klub 1000 manat cərimələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi