Bakı. 26 aprel. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Bakının "İnter" klubunun futbolçusu Fuad Bayramovu bir oyunluq cəzalandırıb. "Report"un məlumatına görə, buna Azərbaycan Premyer Liqasında XXXI turun "Qarabağ"la oyununda 22 yaşlı yarımmüdafiəçinin ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub.
F.Bayramov "Sumqayıt"la növbəti turun ev oyununda forma geyinməyəcək. "İnter" isə 200 manat cərimə ödəyəcək.