​AFFA "İnter" klubunu 15 min manat cərimələyib

​AFFA "İnter" klubunu 15 min manat cərimələyib Baş verən insidentə görə hər iki kluba 3 min manat cəza kəsilib
Futbol
24 Fevral , 2015 12:19
​AFFA İnter klubunu 15 min manat cərimələyib

Bakı. 24 fevral. REPORT.AZ/ AFFA-nın İntizam komitəsi Azərbaycan Premyer Liqasının son turunda baş verənlərə hüquqi qiymət verib. "Report"un Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, komitə Bakının "İnter" klubunu 15 min manat cərimələyib.

AZAL - "İnter" oyunundan sonra baş verən hadisələrdə hər iki komandanın iştirakı olduğu üçün tərəflərə 3 000 manat cəza kəsilib. Bundan başqa “bankirlər”in fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb, klub isə 10 000 manat cərimə olunub.

"İnter"in futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jest etdiyindən 3 oyunluq cəzalanıb. Klub sözügedən futbolçuya görə, 2000 manat ödəməli olacaq.

Qeyd edək ki, XXIII turda keçirilən AZAL - "İnter" qarşılaşması zamanı Nicat Qurbanov və Baçana Tsxadadzenin mübahisəsi kütləvi davaya çevrilmişdi.

Son xəbərlər

Orphus sistemi