AFFA İcraiyyə Komitəsinin üzvü: "Danışılmış oyunlarla bağlı bundan sonrakı qərarlar çox sərt olacaq"

AFFA İcraiyyə Komitəsinin üzvü: "Danışılmış oyunlarla bağlı bundan sonrakı qərarlar çox sərt olacaq" "Şübhəli bilinənlər I Divizion klublarıdır"
Futbol
7 Mart , 2018 17:50
AFFA İcraiyyə Komitəsinin üzvü: Danışılmış oyunlarla bağlı bundan sonrakı qərarlar çox sərt olacaq

Bakı. 7 mart. REPORT.AZ/ “İclasda danışılmış oyunlarla bağlı uzun müzakirələr aparıldı. Bundan sonrakı qərarlar çox sərt olacaq”.

Bunu “Report”a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib. O, məlumatların məxfi saxlanılmalı olduğunu vurğulayıb: "Bizə çoxlu məlumatlar daxil olub. Bunları açıqlamaq düzgün olmaz. Hər kəs buna qarşı mübarizə aparmalıdır. İclasda da hər kəsə tapşırıldı ki, belə hadisələrə biganə yanaşmayaq. Bu məlumatları isə bizə UEFA verib. Ona görə də ciddi yanaşmalı və müzakirə aparıb aradan qaldırmaq üçün əlimizdən gələni etməliyik”.

V.Sadıqov danışılmış oyunlarla bağlı araşdırmaların aparıldığını da diqqətə çatdırıb: "Bu cür məsələlərə baxan orqanlara da tapşırılıb. Buna cavabdeh olan insanlar var. Daxil olan məlumatlar barədə sübut olmalıdır ki, şübhə kimi qalmasın. Hər birimizdən xahiş olunub ki, məsələyə ciddi yanaşaq və hər şeyə aydınlıq gətirək. Biz də futbolumuzun inkişaf etməsini və şəffaf şəraitdə fəaliyyət göstərməsini istəyirik". 

Konfransda danışılmış oyunlara qarşı e-mailin hazırlandığını xatırladan veteran futbolçu bildirib ki, kimdəsə hər hansı gizli məlumat varsa, ora göndərə bilər: "Danışılmış matçlarda şübhəli bilinənlər I Divizion klublarıdır. Onların adlarını açıqlaya bilmərik".

Son xəbərlər

Orphus sistemi