AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunub
Futbol
20 Dekabr , 2017 15:21
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Affa.az

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bayıl stadionunda AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

"Report"un məlumatına görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:

- U-21 və U-20 – Rəşad Sadıqov

- U-19 – Vüqar Məmməd

- U-18 – Zaur Həşimov

- U-17 – Ramin Quliyev

2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın;

3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun;

İclasda həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi təqdimatın müşayiəti ilə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi