Yuxarı

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər daxildir.  

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd xorvatiyalı mütəxəssis Nikola Yurçeviçdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi