AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib İclasda AFFA-nın 3 klubun təsisçisi qismində iştirakı təmin olunub
Futbol
31 İyul , 2015 16:35
AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib

Bakı. 31 iyul. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin bü gün fövqəladə iclası keçirilib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda bir sıra qərarlar qəbul olunub:

Peşəkar Futbol Liqasının müraciətinə əsasən, “Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;

2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Son xəbərlər

Orphus sistemi