Bakı. 6 mart. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. "Report"un məlumatına görə, yeni üzvlər Vaqif Sadıqovla Firudin Qurbanovdur.
Onlar müvafiq olaraq, dünyasını dəyişmiş Ələkbər Məmmədovla işlərinin çoxluğu ilə əlaqədar istefa vermiş Elmar Qasımovu əvəzləyib. Yeni üzvlər səsvermədə yekdilliklə seçiliblər.