​AFFA İcraiyyə Komitəsi üzvlüyünə daha bir namizəd irəli sürülüb

​AFFA İcraiyyə Komitəsi üzvlüyünə daha bir namizəd irəli sürülüb Elmar Qasımov işlərinin çoxluğu səbəbindən İK üzvlüyündən istefa verdiyini bildirib
Futbol
19 Fevral , 2015 15:36
​AFFA İcraiyyə Komitəsi üzvlüyünə daha bir namizəd irəli sürülüb

Bakı. 19 fevral. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsindən (İK) istefa verən Elmar Qasımovun əvəzinə Firudin Qurbanovun namizədliyi irəli sürülüb. 

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İK üzvlüyündən istefa verdiyini bildirib.

Bundan öncə Vaqif Sadıqovun namizədliyi Peşəkar Futbol Liqası tərəfindən irəli sürülüb. Seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti konfransında keçiriləcək.

Qeyd edək ki, AFFA Nizamnaməsinə əsasən, İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır.

F.Qurbanov təhsil nazirinin müavinidir.

Son xəbərlər

Orphus sistemi