AFFA İcraiyyə Komitəsi üzvlüyünə yeni namizəd irəli sürülüb

AFFA İcraiyyə Komitəsi üzvlüyünə yeni namizəd irəli sürülüb Vaqif Sadıqov dünyasını dəyişmiş Ələkbər Məmmədovu əvəzləyə bilər
Futbol
18 Fevral , 2015 15:43
AFFA İcraiyyə Komitəsi üzvlüyünə yeni namizəd irəli sürülüb

Bakı. 18 fevral. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsində Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar boşalan üzv yerinə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun namizədliyi irəli sürülüb. 

"Report"un assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, V.Sadıqovun namizədliyi "Sumqayıt" klubu tərəfindən Peşəkar Futbol Liqasına (PFL), PFL-dən isə AFFA İcraiyyə Komitəsinə verilib.

Seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti konfransında keçiriləcək. 

Qeyd edək ki, AFFA Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri assosiasiya üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun seçilir. Nizamnaməyə əsasən, PFL İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi