Yuxarı

​AFFA Hakimlər Komitəsinin toplantısı keçirilib

Xaqani Məmmədov hakimlərə öz tövsiyələrini verib

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsinin Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantısı keçirilib.

"Report"un məlumatına görə, toplantıda komitə sədri Xaqani Məmmədov, hakimlər və mətbuat nümayəndələri iştirak ediblər.

İlk olaraq Premyer Liqanın XXXI turunda keçirilmiş "Qarabağ" - "İnter" oyununda baş verən qayda pozuntuları, mübahisəli epizodlar müzakirə edilib və hakimlərin fikirləri öyrənilib. Həmin oyunun baş hakimi Rəvan Həmzəzadə olub.

Ardınca sözügedən turda keçirilmiş "Xəzər Lənkəran" - "Qəbələ", "Neftçi" - "Zirə", "Sumqayıt" - "Kəpəz", "Rəvan" - AZAL, eləcə də Azərbaycan Kubokunun yarımfinalında baş tutmuş "Qarabağ" - "İnter" və "Neftçi" - "Qəbələ" oyunları müzakirə edilib, X.Məmmədov hakimlərə öz tövsiyələrini verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi