AFFA Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb

AFFA Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb Bakı. 14 fevral. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq turnirə təyinat alıb.
Futbol
14 Fevral , 2019 14:15
AFFA Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb
Report/ Firi Salim

Bakı. 14 fevral. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq turnirə təyinat alıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, avstriyalı funksioner Xorvatiyada 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru olacaq. Martın 20-də start götürəcək 3-cü qrupun oyunlarında Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq. Qarşılaşmalar martın 26-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi