AFFA Gəncə şəhər stadionunda daha bir meydanın ot örtüyünü dəyişib

AFFA Gəncə şəhər stadionunda daha bir meydanın ot örtüyünü dəyişib Gəncə şəhər stadionunda yeni süni örtüklü meydanın salınma prosesi başa çatıb.
Futbol
18 Noyabr , 2019 12:03
AFFA Gəncə şəhər stadionunda daha bir meydanın ot örtüyünü dəyişib

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydanın salınma prosesi başa çatıb. 

"Report" xəbər verir ki, standart ölçülərə malik kömkəkçi meydanın uzunluğu 105 metr, eni isə 68 metrdir. Meydanın kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb.

Futbol infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən layihəni AFFA icra edib. 

Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA-nın maliyyə dəstəyi ilə tam yenilənib. Bundan əlavə, arena ərazisində 2015-ci ildə qurumun köməyilə süni örtüklü meydança da salınıb.

Son xəbərlər

Orphus sistemi