AFFA Deniz Yılmazın Azərbaycan vətəndaşlığından imtina edəcəyi ilə bağlı iddiaya münasibət bildirib

AFFA Deniz Yılmazın Azərbaycan vətəndaşlığından imtina edəcəyi ilə bağlı iddiaya münasibət bildirib Elxan Məmmədov: "O, vətəndaşlıqan imtina ilə bağlı bizə rəsmi müraciət etməyib"
Futbol
17 Yanvar , 2018 12:43
AFFA Deniz Yılmazın Azərbaycan vətəndaşlığından imtina edəcəyi ilə bağlı iddiaya münasibət bildirib

Bakı. 17 yanvar. REPORT.AZ/ “Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı bizə rəsmi müraciət etməyib”.

Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, bu məsələ yalnız mətbuatda yer alan xəbərlər səviyyəsindədir.

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində 2 oyun keçirən Deniz Yılmaz son matçlara dəvət almayıb. Bir neçə gün öncə “Gənclərbirliyi” klubu ilə 1,5 illik müqavilə bağlayan və Türkiyə pasportuna da malik olan 30 yaşlı forvardın qonşu ölkədə legioner sayılmaması üçün Azərbaycan vətəndaşlığında imtina edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi