AFFA danışılmış oyunlara görə daha bir şəxsi futbolla bağlı fəaliyyətdən ömürlük uzaqlaşdırıb

AFFA danışılmış oyunlara görə daha bir şəxsi futbolla bağlı fəaliyyətdən ömürlük uzaqlaşdırıb Ağakişi Mehdizadəyə oyunların idman nəticəsinin manipulyasiyasında iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub
Futbol
6 Dekabr , 2017 12:34
AFFA danışılmış oyunlara görə daha bir şəxsi futbolla bağlı fəaliyyətdən ömürlük uzaqlaşdırıb

Bakı. 6 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi danışılmış oyunlara görə daha bir şəxsi cəzalandırıb.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və sözügedən şəxsin AFFA-ya təqdim etdiyi izahata əsasən, onun barəsində ölçü götürülüb.

A.Mehdizadəyə oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə qərar verilib.

Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15  gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, bir müddət əvvəl “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovu ömürlük futboldan uzaqlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi