Yuxarı

İntizam Komitəsi oyunun ikinci hissəsinə gecikən komandanı cərimələyib

AFFA-dan "Keşlə" və MOİK-ə cəza

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.

"Report" xəbər verir ki, XIX turdakı "Keşlə-2" - "Kəpəz" matçının ikinci hissəsi paytaxt təmsilçisinin səhlənkarlığı ucbatından 3 dəqiqə gec başlayıb. Klub bunun üçün 240 manat məbləğində cərimə olunub.

Komitə MOİK-ə isə 80 manat cərimə kəsib. Buna səbəb "Səbail-2" ilə ev matçında xərək daşıyan uşaqların sayının əsasnaməyə uyğun olmamasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi