AFFA daha 3 hakimin adını FİFA-ya təqdim edib

AFFA daha 3 hakimin adını FİFA-ya təqdim edib Onlardan biri baş hakim, ikisi yan xətt hakimləridir
Futbol
14 Oktyabr , 2016 15:25
AFFA daha 3 hakimin adını FİFA-ya təqdim edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın daha bir baş hakiminin adı FİFA Hakimlər Komitəsinə təqdim edilib. 

Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ali futbol qurumuna ümumilikdə 12 hakimin adı olan siyahı göndərilib: "Siyahıda olanlardan hazırda üç baş hakim və altı yan xətt hakimi FİFA referisi adını daşıyır. Siyahıda bir yeni baş hakim və iki köməkçi hakimin adı yer alıb. Sadəcə, bu şəxslərin adlarını indi açıqlaya bilməyəcəm. Çünki FİFA Hakimlər Komitəsi qəbul etməsə, bu həmin hakimlərə mənəvi cəhətdən çox pis təsir edə bilər".

X.Məmmədov bildirib ki, FİFA siyahılara noyabrın sonlarında keçiriləcək Hakimlər Komitəsinin iclasında baxacaq və qərarını verəcək.

Qeyd edək ki, azərbayacnlı FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov, FİFA laynsmanları isə Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev və Rza Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi