Yuxarı
    Bağlamaq

    AFFA-da U-17 millisinin yeni baş məşqçisi məsələsi müzakirə olunacaq

    Məsələyə yaxın vaxtlarda aydınlıq gətiriləcək

    Buxarest. 31 oktyabr. REPORT.AZ/ "Avropa çempionatının ilkin seçmə mərhələsinin hər 3 oyununda Azərbaycan millisi yüksək səviyyədə mübarizə apardı. Çox müsbət və xoşdur ki, bir komanda halında onlar ayağa qalxa biliblər".

    Bunu “Report”un Şərqi Avropa bürosuna AFFA-nın Texniki Departamentinin direktoru Bernhard Lippert 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində Rumıniya ilə oyunundan sonra bildirib.

    O, əlavə edib ki, futbolçularımızın texniki ustalığı və oyun epizodlarından kifayət qədər istifadə etməmələrinin şahidi olub:

    “Oyunçular daha çox fərdi oynamağa üstünlük verirdilər. Əsasən oyun zamanı top müdafiədən hücum xəttinə ötürülür və daha sonra 10 oyunçu topun arxasınca qaçmalı olurdu. Bu, mənim üstünlük verdiyim oyun üslubu deyil. Amma bu yeni komandadır, 6 ay müddətində futbolçular bir-birilərinə uyğunlaşıblar. Sonuncu oyun göstərdi ki, onlar güclü xaraketrə malikdirlər”.

    B. Lippert millimizin qapıçısı Muhammet Can Tuncerin oyununu xüsusi vurğulayıb:

    “Futbol komanda oyunudur və hər hansı oyunçunun adını çəkib digərini kənarda saxlamaq istəməzdim. Futbolçular kollektiv şəkildə mübarizə apardılar. Lakin qapıçının inamlı oyununu fərqləndirmək istəyirəm. Milliləşdirilmiş legionerlər üçün ən azı onu deyə bilərik ki, onlar komandaya artıq öz pozitiv çıxışları ilə daxil olublar və bizə kömək edirlər”.

    AFFA-nın Texniki Departamentinin direktoru onu da deyib ki, yaxın günlərdə AFFA-nın baş katibi ilə görüşəcək. Görüşdə komandanın gələcəyi, yeni baş məşqçi və məşqçilər korpusu haqqında müzakirələr aparılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi