AFFA-da klub nümayəndələri ilə görüş

AFFA-da klub nümayəndələri ilə görüş AFFA-nın inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib.
Futbol
21 Fevral , 2020 15:39
AFFA-da klub nümayəndələri ilə görüş

AFFA-nın inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aşağı yaş qrupları üzrə yığma komandaların Fitnes və kondisiya mütəxəssisi – Vladimir Mrdakoviç 12 - 19 yaşlı futbolçuların motorik keyfiyyətlərinin qiymətləndirilməsi və inkişafı istiqamətində görüləcək işlər barədə danışıb.

Qeyd edək ki, görüşdə AFFA-nın Texniki direktoru Bernhard Lippert və aşağı yaş qrupu üzrə yığma komandaların koordinatoru Miloş Velebitin də iştirak edib.

Son xəbərlər

Orphus sistemi