AFFA-da FİFA Connect layihəsinin ilkin təqdimatı olub

AFFA-da FİFA Connect layihəsinin ilkin təqdimatı olub Layihə Azərbaycanda futbolla məşğul olan şəxslərin qeydiyyat prosesinin onlayn rejimdə həyata keçirilməsini nəzərdə tutur
Futbol
30 Mart , 2016 10:55
AFFA-da FİFA Connect layihəsinin ilkin təqdimatı olub

Bakı. 30 mart. REPORT.AZ/ 2016/2017 mövsümündən Azərbaycanda futbolla məşğul olan şəxslərin qeydiyyat prosesinin hər bir klub və ya oyunçu tərəfindən onlayn rejimdə həyata keçirilməsini nəzərdə tutan FİFA Connect proqramı tətbiq olunacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar mövsümə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbər şəxsləri (məşqçilər, klub nümayəndələri və s.) ilə görüşlər keçiriləcək. 

FİFA Connect layihəsinin ilkin təqdimatı, dəyişən qeydiyyat qaydaları haqda məlumatın verilməsi, sənədlərin qeydiyyata daxil edilmə yerlərinin və tarixlərinin elan edilməsi məqsədilə bu gün AFFA-nın inzibati binasında ilk görüş təşkil olunub. Növbətin görüşün iyunda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2009-cu ilin yanvarından AFFA futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemini yaradıb.

Son xəbərlər

Orphus sistemi