AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək

AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək UEFA-nın təsdiqlədiyi layihə çərçivəsində kənd sakinlərinə idman ləvazimatları təqdim olunacaq
Futbol
24 Noyabr , 2017 17:57
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Brave Hearts” ("Cəsur ürəklər") adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.

Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.

Layihənin tətbiqinə başlanacaq vaxt barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi