AFFA Çingiz İsmayılovu təbrik edib

AFFA Çingiz İsmayılovu təbrik edib Yubilyara Azərbaycan millisinin futbolkası təqdim olunub
Futbol
13 Aprel , 2015 12:01
AFFA Çingiz İsmayılovu təbrik edib

Bakı. 13 aprel. REPORT.AZ/ AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun 80 illik yubileyi qeyd olunub. "Report"un məlumatına görə, tədbirdə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu assosiasiyanın rəhbərliyi və futbol ictimaiyyəti adından yubilyara təbrikləri çatdırıb. 

Sonra M.Nərimanoğlu üzərində “Çingiz İsmayılov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını ona təqdim edib.

Qeyd edək ki, Çingiz İsmayılov uzun müddət qapısını qoruduğu "Neftçi"nin sonradan rəisi, eləcə də Azərbaycan Televiziyası və Radiosunda futbol oyunlarının şərhçisi kimi də çalışıb.  

Son xəbərlər

Orphus sistemi