AFFA Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə dair xəbərlərə münasibət bildirib

AFFA Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə dair xəbərlərə münasibət bildirib Elxan Məmmədov: "UEFA İcraiyyə Komitəsinin qərarı olmadan hər hansı fikir bildirmək düzgün deyil”
Futbol
19 Sentyabr , 2017 16:17
AFFA Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə dair xəbərlərə münasibət bildirib

Bakı. 19 sentyabr. REPORT.AZ/ 2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyi ilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında qəbul olunacaq.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov affa.az-a açıqlamasında bildirib. E.Məmmədov deyib ki, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birgə UEFA-da Yuksək İdarə Heyətinin iclasında iştirak edir: “Prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımı qaydada hazırlanaraq UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Bu gün UEFA-da Yüksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Lakin buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü üçün BOS-un yeganə rəqibi İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionudur. Avropa Liqasında isə İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" BOS-la birgə mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi