AFFA Birlik Kuboku üçün 1,5 milyon avro mükafat fondu ayırdığına dair xəbərlərə münasibət bildirib

AFFA Birlik Kuboku üçün 1,5 milyon avro mükafat fondu ayırdığına dair xəbərlərə münasibət bildirib Mikayıl Nərimanoğlu: "AFFA-nın rəhbərliyi var, heç kim bizim adımızdan danışıb, mükafat vəd edə bilməz"
Futbol
30 Yanvar , 2017 16:42
AFFA Birlik Kuboku üçün 1,5 milyon avro mükafat fondu ayırdığına dair xəbərlərə münasibət bildirib

Bakı. 30 yanvar. REPORT.AZ/ AFFA Birlik Kubokunun təşkilatçılıq hüququnu əldə etmək üçün Rusiya Futbol İttifaqına (RFİ) müraciət edib. "Report"un məlumatına görə, bu barədə "İzvestiya" nəşri AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən xəbər yayıb.

Bildirilir ki, AFFA Birlik Kubokunu Azərbaycanda keçirmək istəyir və hətta bunun üçün mükafat fondu da müəyyənləşdirib. Turnirin mükafat fondunun 1 milyon avrodan 1.5 milyon avroyadək təşkil edəcəyi iddia olunur.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "Report"a açıqlamasında turnirin Azərbaycanda keçirilməsi ilə bağlı təklif edildiyini təsdiqləməyib: "İlk dəfə sizə açıqlayıram. Məlum görüşdə turnirin keçirilməsi üçün iki təklif irəli sürülüb. Birincisi, turnirin iştirakçı ölkələr arasında növbəlilik prinsipi ilə keçirilməsidir. İkinci təklif isə turnirin çempion komandanın təmsil etdiyi ölkədə təşkilindən ibarətdir. Yəni, "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsindəki kimi. Mükafat fonduna gəlincə, bununla bağlı heç bir söhbət olmayıb. Qərarı təşkilatçı Rusiya Futbol İttifaqı verəcək. Heç kim bizim adımızdan danışıb, mükafat vəd edə bilməz. AFFA-nın rəhbərliyi var".

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko AFFA-dan Birlik Kuboku ilə bağlı kommersiya və təşkilati baxımdan maraqlı təklif aldıqlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi