AFFA Azərbaycan yığmasının baş məşqçisinin Hindistanda çalışacağını təsdiqləyib

AFFA Azərbaycan yığmasının baş məşqçisinin Hindistanda çalışacağını təsdiqləyib Nikolay Adam aprelin 1-dən iş yerini dəyişəcək
Futbol
4 Fevral , 2015 12:58
AFFA Azərbaycan yığmasının baş məşqçisinin Hindistanda çalışacağını təsdiqləyib

Bakı. 4 fevral. REPORT.AZ/ AFFA 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamın Hindistan Futbol Federasiyasından təklif aldığını təsdiqləyib. "Report"un məlumatına görə, almaniyalı mütəxəssis Asiya ölkəsində bu il aprelin 1-dən 2017-ci il dekabrın sonunadək çalışacaq.

2017-ci ildə Hindistanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi keçiriləcək. Təşkilatçı ölkə statusunda Hindistanın müvafiq yaş qrupunun yığması turnirdə bir başa iştirak edəcək. Nikolay Adam Hindistanın hazırkı U-15 yığmasına rəhbərlik edərək bu komandanı 2 il sonra iştirak edəcəyi dünya çempionatına hazırlaşdıracaq.

N.Adam affa.az-a açıqlamasında bildirib ki, hazırda bütün diqqətini Avropa çempionatının elit-raundunda çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarına yönəldib və komanda final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, elit-raundda Azərbaycan yığmasının mübarizə aparacağı 7-ci qrupun oyunları martın 26-dan 31-dək Fransada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi