Rəşad Sadıqov Azərbaycan yığmasının düşərgəsini tərk edib - YENİLƏNİB

Rəşad Sadıqov Azərbaycan yığmasının düşərgəsini tərk edib - YENİLƏNİB Bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb
Futbol
12 Noyabr , 2015 17:06
Rəşad Sadıqov Azərbaycan yığmasının düşərgəsini tərk edib - YENİLƏNİB

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası daha bir itki ilə üzləşib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, kapitan Rəşad Sadıqov məşqdə zədələndiyi üçün millinin düşərgəsini tərk etməli olub. 

O, Moldova yığması ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, daha öncə Dmitri Nazarov zədə ucbatından millinin toplanışına qatıla bilməmişdi.  

**** İlk xəbər saat 16:25-də yayımlanıb. 

Bakı. 12 noyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandasının düşərgəsində zədələnib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, kapitan yığmanın məşqi zamanı əzələsini dartıb. 

33 yaşlı müdafiəçi barədə qərar tibbi müayinədən sonra qəbul olunacaq. Hələlik müayinə nəticələri yığmanın həkimlərinə verilmədiyindən, Sadıqovun taleyinə aydınlıq gəlməyib. AFFA-dan bildirilib ki, hətta noyabrın 17-də Moldova ilə yoldaşlıq görüşündə meydana çıxmayacağı dəqiqləşsə belə, təcrübəli futbolçu yığmanın düşərgəsində saxlanıla bilər. 

"Qarabağ"ın mətbuat xidmətindən isə "Report"a verilən açıqlamada kapitanın 10 günədək yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Sadıqov millidə Moldova yığması ilə görüşü buraxacaq. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"inə qarşı keçirəcəyi oyunda isə onun çıxış edib-etməyəcəyi bilinmir.

Son xəbərlər

Orphus sistemi