Yuxarı

AFFA Azərbaycan Premyer Liqasını yayımlayacaq telekanalı açıqlayıb

CBS TV 1 illik yayım qarşılığında AFFA-ya 700 min manat ödəyəcək

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı elan olunub. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. 

Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər bölünəcək. 

İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğundan  və xarici dillərdə yayımlandığından, ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə oyunlar AFFA-nın YouTube (AFFA Official) kanalında yayımlanacaq. "CBC Sport" kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC TV çəkilişləri peşəkar səviyyədə - stadiondan asılı olaraq 8 - 12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi