AFFA Azərbaycan Premyer Liqasındakı "fair-play" barədə UEFA-nı məlumatlandıracaq

AFFA Azərbaycan Premyer Liqasındakı "fair-play" barədə UEFA-nı məlumatlandıracaq Müraciətdə "Kəpəz"in futbolçusunun ədalətli oyun prinsiplərinə sadiq hərəkəti əksini tapacaq
Futbol
6 Noyabr , 2017 12:54
AFFA Azərbaycan Premyer Liqasındakı fair-play barədə UEFA-nı məlumatlandıracaq

Bakı. 6 noyabr. REPORT.AZ/ AFFA Azərbaycan Premyer Liqasında XI turun "Kəpəz” – “Qarabağ” oyununda qeydə alınmış fair-play nümunəsi barədə UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verəcək.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə "Kəpəz"in futbolçusu Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti əksini tapacaq. 

26-cı dəqiqədə, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.

Qeyd edək ki, bu epizoddan az sonra ardıcıl qollar vuran "Qarabağ" qələbə qazanıb - 2:0.

Son xəbərlər

Orphus sistemi