AFFA Azərbaycan millisinə mətbuat katibi təyin edib

AFFA Azərbaycan millisinə mətbuat katibi təyin edib Bu vəzifə Elman Himayətoğluna həvalə olunub
Futbol
15 Noyabr , 2017 14:16
AFFA Azərbaycan millisinə mətbuat katibi təyin edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının mətbuat katibi vəzifəsinə yeni təyinat olub. 

"Report"un AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bu vəzifə Elman Himayətoğluna həvalə olunub. 

O, 2018-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Elman Himayətoğlu bu təyinatadək "Zirə" klubunun mətbuat katibi vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi