​AFFA Azərbaycan-İtaliya oyunu ilə bağlı azarkeşlərə müraciət edib

​AFFA Azərbaycan-İtaliya oyunu ilə bağlı azarkeşlərə müraciət edib Qurum 2 vacib məlumatı diqqətə çatdırıb
Futbol
3 Oktyabr , 2015 17:23
​AFFA Azərbaycan-İtaliya oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ AFFA AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan-İtaliya oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib. "Report"un xəbərinə görə, qurum 2 vacib məlumatı diqqətə çatdırıb.

İlk növbədə, oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlərin İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqları vurğulanıb.

Bununla yanaşı, bildirilir ki, Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğundan, oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət ediləcək.

Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan-İtaliya matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi