AFFA "Kəpəz"i "Neftçi" ilə oyuna görə cərimələyib

AFFA "Kəpəz"i "Neftçi" ilə oyuna görə cərimələyib "Sumqayıt", AZAL, "Zirə" və "İnter" də ziyana düşüb
Futbol
30 Noyabr , 2016 14:49
AFFA Kəpəzi Neftçi ilə oyuna görə cərimələyib

Bakı. 30 noyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIII turunun daha 3 oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

"Report"un məlumatına görə, AZAL-la səfər matçında "Sumqayıt" 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.

85-ci dəqiqədə AZAL-ın futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat ziyana düşüb.

"Zirə" - "İnter" matçında hər iki klub 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimə olunub. 66-cı dəqiqədə "bankirlər"in heyətində çıxış edən Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "İnter" buna görə 200 manat cərimələnib.

"Neftçi" ilə qarşılaşmada isə "Kəpəz" meydan sahibi kimi əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimə ödəməlidir.

Son xəbərlər

Orphus sistemi