​AFFA 4 klubu cəzalandırıb

​AFFA 4 klubu cəzalandırıb Bunlar "Neftçi", "Rəvan", "Sumqayıt" və "Xəzər Lənkəran" klublarıdır
Futbol
3 Noyabr , 2015 12:51
​AFFA 4 klubu cəzalandırıb

Bakı. 3 noyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi", "Rəvan", "Sumqayıt" və "Xəzər Lənkəran" klublarını cəzalandırıb. "Report"un məlumatına görə, Premyer Liqasının XI turunda "Sumqayıt"la səfərdə keçirilmiş oyunda "Neftçi"nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra "Sumqayıt" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.

Komitə "Rəvan" – "Xəzər Lənkrəran” matçının 80-cı dəqiqəsində Lənkəran azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi