Yuxarı

​AFFA 4 klubu cərimələyib

Ümumilikdə 2 futbolçu cəzaya məruz qalıb

Bakı. 18 avqust. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda yaşıl meydanlarda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. "Report"un Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, komitə ümumilikdə 2 futbolçunu cəzalandırıb.

Premyer Liqanın II turunda keçirilən "İnter" və "Neftçi" komandalarının qarşılaşmasında qırmızı vərəqə aldıqları üçün meydan sahiblərindən İlkin Qırtımov, qonaqlaırn heyətində isə Xuan Alberto Alvarado bir oyunluq cəzalandırılıb. Klubları isə 200 manat cərimələnib.

"Sumqayıt" - "Xəzər Lənkəran" matçında meydan sahiblərinin, "Kəpəz" - "Zirə" görüşündə isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi