AFFA 2016-cı il üzrə gəlir və xərclərini açıqlayıb

AFFA 2016-cı il üzrə gəlir və xərclərini açıqlayıb Ötən il qurumun büdcəsinə 23 milyon 971 min 739 manat daxil olub
Futbol
15 Mart , 2017 15:05
AFFA 2016-cı il üzrə gəlir və xərclərini açıqlayıb

Bakı. 15 mart. REPORT.AZ/ AFFA-nın Maliyyə və Mühasibat Departamenti 2016-cı il üzrə İllik Hesabatını təqdim edib. 

"Report"un məlumatına görə, bu barədə AFFA-nın bu gün təşkil olunmuş Hesabat Konfransında açıqlama verilib. 

Hesabatda bildirilir ki, ötən il ərzində qurumun büdcəsinə 23 milyon 971 min 739 manat daxil olub. Bunun 11 milyon 189 min 490 manatı baş sponsor SOCAR-dan, 3 milyon 540 min 167 manatı milli komandanın yayım hüququnun satışından, 3 milyon 198 min 514 manatı UEFA-dan, 2 milyon 224 min 685 manatı "AzərİdmanServis"dən, 916 min 800 min manatı AVRO-2020-nin Təşkilat Komitəsindən, 894 min 463 manatı "Bakcell"dən, 732 min 594 manatı FİFA-dan, 201 min 172 manatı "Coca Cola"dan, 177 min manatı "Paşa Sığorta"dan, 118 min manatı "Boulevard Hotel"dən, 778 min 854 manatı isə digər mənbələrdən daxil olub.

Assosiasiya 2016-cı ildə 19 milyon 592 min 502 manat xərcləyib. Bunun 8 milyon 263 min 473 manatı milli komandalara (əsas, U-21, U-19, U-17, U-16, qadınlar üzrə U-21, U-19, U-17, U-15, futzal, çimərlik futbolu), 3 milyon 132 min manatı əmək haqqı və ezamiyyə xərclərinə, 2 milyon 115 min 780 manatı uşaq və gənclər futbolunun inkişafı, qızlar və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlər və beynəlxalq layihələrin həyata keçirilməsinə, 1 milyon 531 min 782 manatı hakimlər və hakim-inspektorlara, 594 min 774 manatı Dövlət Sosial Müdafiə Fonduna, 505 min 927 manatı təsərrüfat xərclərinə, 450 min 337 manatı oyunların təşkilinə sərf olunub (Bura Azərbaycan klublarının Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də daxildir).

Həmçinin, 668 min 573 manat Bakıda keçiriləcək 2020-ci il Avropa çempionatına hazırlıq işləri və loqonun təqdimatına, 290 min 511 manat aviabilet və otel xərclərinə, 233 min 821 manat nəqliyyat xərclərinə, 227 min 197 manat kommunal və rabitə xərclərinə, 205 min 557 manat təhsilə, 201 min 10 manat daşınmaz əmlakın icarə haqqına, 170 min 550 manat Marketinq və Reklamlar Departamentinə, 103 min 932 manat “Cross Culture” layihəsinə, 88 min 673 manat Media Komitəsinə, 82 min 200 manat “Elit Məşq” layihəsinə, 18 min 943 manat “Futbol Bakcell ilə” layihəsinə xərclənib. 707 min 462 manatı isə digər xərclər təşkil edib.

Qeyd edək ki, hesabatda yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. 

Son xəbərlər

Orphus sistemi