AFFA 2 klubu I Diviziona buraxmayıb

AFFA 2 klubu I Diviziona buraxmayıb Bu barədə ​AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar verib
Futbol
25 Sentyabr , 2017 12:04
AFFA 2 klubu I Diviziona buraxmayıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Bakılı” və “Şahdağ”ın I Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb. 

Müzakirələrdən sonra qərara alınıb ki, hər iki klubun verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək. 

Son xəbərlər

Orphus sistemi