​Advokat yığma komandaya məşqçi təyin olunub

​Advokat yığma komandaya məşqçi təyin olunub 69 yaşlı mütəxəssis köməkçi məşqçi vəzifəsində çalışacaq
Futbol
12 May , 2016 19:53
​Advokat yığma komandaya məşqçi təyin olunub

Bakı. 12 may. REPORT.AZ/ Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Dik Advokat karyerasını Hollandiyada davam etdirəcək. "Report"un məlumatına görə, o, Hollandiya yığmasına baş məşqçi Danni Blindin köməkçisi vəzifəsində çalışacaq.

Hollandiya D.Advokat üçün yad komanda deyil. 69 yaşlı mütəxəssis 1984-1987 və 1991-1992-ci illərdə adıçəkilən komandada baş məşqçi köməkçisi vəzifəsində işləyib. O, 1992-1994 və 2002-2004-cü illərdə isə Hollandiyanın baş məşqçisi olub.

D.Advokatın yığma komanda ilə ən böyük uğuru 2004-cü ildə olub. Həmin dönəmdə Hollandiya Avropa çempionatında 4-cü yerə sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi