Adrian Skarlatake: "Yeni klubum daha yaxşı olacaq"

Adrian Skarlatake: "Yeni klubum daha yaxşı olacaq" Bakı. 4 sentyabr. REPORT.AZ/ “Ötən həftə Keşlə ilə yollarımı ayırdım və bu gün Zirə ilə bir illik müqavilə bağladım. Yeni komandam haqqında çox müsbət fikirdəyəm”.
Futbol
4 Sentyabr , 2018 17:04
Adrian Skarlatake: Yeni klubum daha yaxşı olacaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ “Ötən həftə "Keşlə" ilə yollarımı ayırdım və bu gün "Zirə" ilə bir illik müqavilə bağladım. Yeni komandam haqqında çox müsbət fikirdəyəm”.

Bunu “Report”a “Zirə”nin yeni transferi Adrian Skarlatake deyib. 32 yaşlı rumıniyalı mərkəz müdafiəçisi qəsəbə komandasının yeni baş məşqçisi Samir Abasov barədə xoş sözlər deyib: "Yeni klubum daha yaxşı olacaq. "Zirə"nin yeni baş məşqçisi var və onun işini, həqiqətən də, çox bəyənirəm. Özü də gənc mütəxəssisdir”.

A.Skarlatake sabiq klubu ilə heç bir probleminin olmadığını da ifadə edib: "Keşlə" də mənim üçün yaxşı komanda idi. Orada Azərbaycan kubokubu və dostlar qazanmışam”.

Qeyd edək ki, 2016-cı ildən "Keşlə"də çıxış edən Adrian Skarlatake başa çatan mövsümdə Azərbaycan Kubokunu qazanıb. O, 2011 - 2015-ci illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. Rumıniyalı oyunçu Lənkəran təmsilçisində Azərbaycan Kubokunun və Azərbaycan Super Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi