“Admira”nın baş məşqçisi: " “Kəpəz”i göstərdiyi oyuna görə təbrik edirəm"

“Admira”nın baş məşqçisi: " “Kəpəz”i göstərdiyi oyuna görə təbrik edirəm" "Komanda müdafiədə yaxşı oynayırdı"
Futbol
20 İyul , 2016 23:00
“Admira”nın baş məşqçisi:  “Kəpəz”i göstərdiyi oyuna görə təbrik edirəm

Bakı. 20 iyul. REPORT.AZ/ “Bizim üçün 90 dəqiqə çətin keçdi. Oyunun asan olmayacağını əvvəlcədən bilirdik”.

“Report”un məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində “Kəpəz”i 0:2 hesabı ilə məğlub edən “Admira”nın baş məşqçisi Oliver Lederer deyib.

O komandasının Bakıda çox səmimi qarşılandığını bildirib:

" “Kəpəz”i göstərdiyi oyuna görə təbrik edirəm. Komanda müdafiədə yaxşı oynayırdı. Hər şeyə görə çox sağ olun".

Son xəbərlər

Orphus sistemi