Adı danışılmış oyunlarda hallanan erməni klubu Avropa Liqasından imtina edib

Adı danışılmış oyunlarda hallanan erməni klubu Avropa Liqasından imtina edib Bakı. 1 iyun. REPORT.AZ/ Şirak klubu Ermənistan çempionatından çəkilib və Avropa Liqasından imtina edib.
Futbol
1 İyun , 2018 00:56
Adı danışılmış oyunlarda hallanan erməni klubu Avropa Liqasından imtina edib

Bakı. 1 iyun. REPORT.AZ/ "Şirak" klubu Ermənistan çempionatından çəkilib və Avropa Liqasından imtina edib.

"Report"un məlumatına görə, bu barədə klub prezidenti Arman Saakyan açıqlama verib.

O, bildirib ki, Gümrü şəhər təmsilçisi Ermənistan Futbol Federasiyasının prezidenti və İcraiyyə Komitəsinin istefasından sonra çempionata qayıdacaq. Futbolçulara isə xaricdə klub tapmaları üçün kömək ediləcək: "Biz Avroliqada iştirakdan və bunun qarşılığında UEFA-da bizə çatacaq məbləğdən imtina etdik".

"Şirak"ı Avroliqada "Pünik"in əvəzləyəcəyi gözlənilir. Bu yarışda "Banants" və "Qandzasar-Kapan" da mübarizə aparacaq. Çempionlar Liqasında isə "Alaşkert" çıxış edəcək.

Qeyd edək ki, "Şirak" danışılmış oyunların təşkili istiqamətində fəaliyyətinə görə, 12 xaldan məhrum edilib. Klub qərarla razılaşmadığını bildirib ki, federasiyadan müxtəlif instansiyalara şikayət ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi