"Adanaspor"un baş məşqçisi Reynaldo ilə maraqlandıqlarını təsdiqləyib

"Adanaspor"un baş məşqçisi Reynaldo ilə maraqlandıqlarını təsdiqləyib Levent Şahin: "Mütləq hücumçu alacağıq"
Futbol
13 Yanvar , 2017 09:32
Adanasporun baş məşqçisi Reynaldo ilə maraqlandıqlarını təsdiqləyib

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyənin "Adanaspor" klubu "Qarabağ"da çıxış edən Reynaldonu heyətinə cəlb etmək istəyir. "Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Levent Şahin açıqlama verib.

O, bildirib ki, hücum xəttini gücləndirmək istəyilə braziliyalı forvardı heyətə cəlb etmək niyyətindədirlər: "Mütləq hücumçu alacağıq. Reynaldo transfer siyahımızda olan futbolçulardan biridir. Rəhbərlik transferi bitirmək istəyir. Hansısa problem çıxsa, başqa forvard haqda düşünəcəyik".

Qeyd edək ki, Türkiyə mətbuatı artıq "Adanaspor"un "Qarabağ"a təklif göndərdiyini iddia edir. "Ağ-narıncılar" yaxın günlərdə məsələni həll etmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi