AÇ-2020: İtaliya və İspaniya növbəti oyunlarını keçirəcək

AÇ-2020: İtaliya və İspaniya növbəti oyunlarını keçirəcək Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində II turun son görüşləri keçiriləcək.
Futbol
26 Mart , 2019 06:55
AÇ-2020: İtaliya və İspaniya növbəti oyunlarını keçirəcək

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində II turun son görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, turun üçüncü oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunacaq.

İlk matçda Ermənistan və Finlandiya yığmaları üz-üzə gələcək. "J" qrupunun digər görüşlərində Bosniya və Herseqovina Yunanıstanı, İtaliya Lixtenşteyni qəbul edəcək. I turda Ermənistan səfərdə Bosniya və Herseqovinaya 1:2, Finlandiya səfərdə İtaliyaya, Lixtenşteyn rəqib meydanında Yunanıstana 0:2 hesabı ilə uduzub.

"D" qrupunda Gürcüstan İrlandiyanın, Danimarka İsveçrənin qonağı olacaq. İlk turda Gürcüstan İsveçrəyə 0:2 hesabı ilə uduzduğu halda, İrlandiya səfərdə Cəbəllütariqi minimal hesabla yenib - 1:0. Danimarka isə qrupda ilk rəsmi oyununa bu gün çıxacaq.

"F" qrupunda isə 3 görüş olacaq. Rumıniya Farer adalarını, Norveç İsveçi, Malta İspaniyanı qəbul edəcək. İlk turda İspaniya Norveçə, İsveç Rumıniyaya, Malta Farer adaları yığmasına eyni hesabla qalib gəlib - 2:1.

AVRO-2020, seçmə mərhələ, II tur (26 mart)

"D" Qrupu

23:45. İrlandiya - Gürcüstan

23:45. İsveçrə - Danimarka

Xal durumu: İsveçrə - 3, İrlandiya - 3, Danimarka - 0, Cəbəllütariq - 0, Gürcüstan - 0.

"F" Qrupu

23:45. Rumıniya - Farer adaları

23:45. Norveç - İsveç

23:45. Malta - İspaniya

Xal durumu: İspaniya - 3, İsveç - 3, Malta - 3, Rumıniya - 0, Norveç - 0, Farer adaları - 0.

"J" Qrupu

21:00. Ermənistan - Finlandiya

23:45. Bosniya və Herseqovina - Yunanıstan

23:45. İtaliya - Lixtenşteyn

Xal durumu: Yunanıstan - 3, İtaliya - 3, Bosniya və Herseqovina - 3, Ermənistan - 0, Finlandiya - 0, Lixtenşteyn - 0.

Son xəbərlər

Orphus sistemi